Azərbaycan Kredit Bürolarına təqdim olunan fərdi kredit hesabatlarının məzmunu bu ilin sonuna qədər genişləndiriləcək.
Lim10.az xəbər verir ki, yeniliklər Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Maliyyə xidmətləri" indikatoru üzrə hazırlanan 2025-ci il Yol Xəritəsində öz əksini tapıb.
Kredit hesabatlarına çərçivə sazişləri və birgə borcalanlarla bağlı yeni məlumat bölmələrinin əlavə olunması nəzərdə tutulur.
Bundan başqa, hesabatların tərkibində zaminlik öhdəliklərinə dair məlumatların artırılması planlaşdırılır. Bu dəyişikliklər kredit tarixçələri üzrə məlumatların daha dolğun toplanmasına, risklərin qiymətləndirilməsinin dəqiqləşməsinə və maliyyə təşkilatları üçün şəffaflığın yüksəldilməsinə xidmət edəcək.



















