Fransa Azərbaycanın Ukraynadakı səfirliyinə zərbə endirilməsini pislədi

Fransa noyabrın 13-dən 14-ə keçən gecə Rusiya tərəfindən Ukrayna ərazisinə endirilən kütləvi zərbələri qətiyyətlə pisləyir. Bu hücumlar nəticəsində həmin ölkədəki Azərbaycan səfirliyi də zərər görüb.

Lim10.az "Report"a istinadla xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyinin saytında yayımlanan bəyanatda qeyd olunub.