ABŞ-dan Serbiya dövlət neft şirkətinə TƏLƏB

ABŞ sanksiyalar altında olan "Naftnoj industriji Srbije" (NIS) şirkətinin əməliyyat lisenziyasının uzadılması tələbini rədd edib və Rusiyanın şirkətin mülkiyyətindən tamamilə çıxarılmasını tələb edir.

Lim10.az xəbər verir ki, bu barədə Serbiyanın mədən və energetika naziri Djedoviç Handanoviç bildirib.

Nazir mətbuat konfransında bildirib ki, ABŞ hökumətinə müraciət edən və NIS üçün idarəetmə müqaviləsi təklif edən NIS hüquqşünaslarının xahişi ilə ABŞ administrasiyası ilk dəfə olaraq Rusiya səhmdarlarının mülkiyyətinin tamamilə dəyişdirilməsini istədiyini açıq və birmənalı şəkildə bildirib, yəni Rusiya kapitalının NIS-dən çıxarılmasını tələb edir.

Onun sözlərinə görə, 13 fevrala qədər davam edən mülkiyyət danışıqları üçün təsdiq alınıb, lakin NIS və onun neft emalı zavodunun fəaliyyətini davam etdirməsi üçün icazə verilməyib.

NIS səhmlərinin 44,9%-i Rusiyanın "Qazprom Neft" şirkətinə, 29,9%-i Serbiya hökumətinə məxsusdur.

Elvin

Lim10.az