Vergilərin artırılmasına dair iddialarla bağlı AÇIQLAMA

“Büdcə zərfi ilə bağlı səslənən fikirlərdən biri bundan ibarətdir ki, guya hökumət   vergiləri artırmaqla büdcə gəlirlərini təmin etmək niyyətindədir. Bu fikirlər də reallığı əks etdirmir. Büdcə daxilolmaları vergi yükünü artırmaq hesabına təmin edilsəydi, nə üçün cəmi 0,7 faiz artırdı? Məqsəd vergi yükünü artırmaqdırsa da, nə üçün dövlət tərəfindən növbəti ildə büdcə gəlirlərinin 17 faizi həddində, yəni 6,6 milyard manatlıq vergi-gömrük güzəşt və azadolmaları tətbiq edilir?”

Lim10.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentdə 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.

Komitə sədri deyib ki, bu fikirlər reallığı əks etdirmir.

Onun sözlərinə görə, rəqəmlər də, hökumətin rəsmi açıqlamaları da göstərir ki, yeni büdcə zərfi vergi yükünün artırılmasını deyil, gəlir mənbələrini şaxələndirərək vergi bazasının genişləndirilməsini,  kölgə iqtisadiyyatının daralmasını, vergi-gömrük təşviqləri vasitəsilə qeyri-neft sektorunun inkişafına təkan verilməsini nəzərdə tutur.   

Mürtəza