Finlandiya Rusiya sərhədinə hasar çəkir

Finlandiya Rusiya ilə sərhəddi hasarlamağa başlayıb.

Lim10.az Trend-ə istinadən xəbər verir ki, hasarda hər 20 metrdən bir təhlükəsizlik kameraları quraşdırılacaq.

Laplandiyada şərq sərhədində inşa edilən çəpər artıq demək olar ki, tam hazırdır. Təhvil-təslim 9 dekabrda Salla bölgəsində keçiriləcək.

Sərhəd Mühafizəsi İdarəsinin məlumatına görə, Finlandiyanın Rusiya ilə şərq sərhədində tikilən çəpərin son hissələri gələn ilin yay aylarına kimi tamamlanacaq.

“Çəpərdə tətbiq olunan müasir texnologiyalar sayəsində şərq sərhədindəki vəziyyəti fasiləsiz olaraq izləyə bilirik. Xüsusilə də bu ərazidə çəpərin və texniki sistemlərin olduğu yerdə”, - Laplandiya sərhəd mühafizəsinin komandanı, polkovnik-leytenant Mikko Kauppila bildirib.