Berbok: "BMT-nin növbəti rəhbəri qadın olmalıdır"

"BMT-nin növbəti baş katibi qadın olmalıdır".

Lim10.az xəbər verir ki, bu fikri BMT Baş Assambleyasının prezidenti Annalena Berbok "Funke Media Group"a verdiyi müsahibədə səsləndirib.

"Birləşmiş Millətlər Təşkilatının 80 illik tarixində və dünyada dörd milyard qadın olduğu halda, niyə hələ də təşkilata rəhbərlik üçün uyğun bir qadın tapa bilmədiyimizi izah etmək çətindir", - deyə Almaniyanın keçmiş xarici işlər naziri bildirib.

Siyasətçi növbəti baş katibin seçilməsi üçün şəffaf və inklüziv bir prosesə çağırıb.

Berbok özünün BMT rəhbərliyinə namizəd olmaq istəyini rədd edib. Baş Assambleyanın sədri öz rolunu yalnız seçim prosesinin şəffaflığını və səsvermənin bütövlüyünü təmin etməkdə görür.(oxu.az)