Türkiyənin Bursa şəhərində bir qadın sürücünün avtomobili qeyri-adi bəzəyi ilə diqqət çəkib.
Lim10.az xəbər verir ki, toy avtomobilini xatırladan maşının arxa şüşəsində yer alan “6 ildən sonra pul verib boşandım” yazısı görənlərin marağına səbəb olub.

Sürücünün boşanmasını yumorla qeyd etməsi ətrafdakı insanlara əyləncəli anlar yaşadıb. Hərəkətdə olan avtomobili görən digər sürücülər həmin anları mobil telefonları ilə lentə alıblar. Qısa zamanda sosial şəbəkələrdə yayılan görüntülər çox sayda istifadəçi tərəfindən bəyənilib.(musavat)



















