Nazirlik mənə havayı pul verməyib - Kəramətdən açıqlama

Nazirlik mənə havayı pul verməyib, kitabımı alıb.

Lim10.az xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl öz sosial media hesabında yazıb.

Onun sözlrinə görə, Mədəniyyət Nazirliyi müxtəlif nəşriyyatlardan və müəlliflərdən hər il kitablar alır: "Məndən 4500 manatlıq kitab alıblar. Daha dəqiqi, Mədəniyyət Nazirliyi müxtəlif kitabxanalara paylamaq üçün siyasətə qarışmayan "Səkkizinci gün" və "Əlqəmə" romanlarımın hərəsindən 150 ədəd alıb. Bu da 4500 manat edir. Onun da 900 manatını vergiyə ödəyəcəm. Yerdə 3600 manat qalır. Yəni, nazirlik mənə havayı pul verməyib e, kitabımı alıb".