Türkiyədə filtr istehsalı fabrikində yanğın baş verib

Türkiyənin Dənizlinin əyalətinin Çardaq rayonunda yerləşən filtr istehsalı fabrikində yanğın baş verib.

Lim10.az xəbər verir ki, yanğınsöndürmə briqadalarının 3 saatlıq fəaliyyətindən sonra yanğın nəzarət altına alınıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik müəyyənləşməyib.

Alovlar fabrikin böyük bir hissəsini tez bir zamanda bürüyüb. Yanğın zamanı fabrikin boş olduğu qeyd edilir.

Məlumat əsasında hadisə yerinə yanğınsöndürənlər, polis və tibb qrupları göndərilib.

Ərazidə soyutma işləri davam edir.

Elvin

Lim10.az