Bakıda ictimai məkanlar yenidən layihələndiriləcək
Bakıda ictimai məkanların düzgün layihələndirilməsi məsələləri müzakirə olunub
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın növbəti iclasında Bakı şəhərində ictimai məkanların yaradılması və onların düzgün layihələndirilməsi məsələləri müzakirəyə çıxarılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, son zamanlar bu məsələnin şəhər sakinlərini ciddi narahat etdiyi nəzərə alınaraq, bu istiqamətdə mövcud problemlərin həlli yolları müzakirə edilib.
Şura üzvləri sahəni tənzimləyən normativ bazanın təkmilləşdirilməsi, habelə müvafiq maarifləndirmə işlərinin aparılması və bu mövzunun geniş təbliğinin önəmliyini qeyd edərək öz tövsiyələrini veriblər.
Şuranın iclasına həmçinin paytaxtda abidə statusuna malik binaların mühafizəsi, qəzalı vəziyyətdə olan abidələrin bərpası məsələlərinə dair fikir mübadiləsi aparılıb, müvafiq təkliflər verilib.