Maduronun tutulmasından əvvəl venesuelalı nazir ABŞ ilə danışıqlar aparıb

ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələri Prezident Nikolas Maduronun tutulması əməliyyatından bir neçə ay əvvəl Venesuela Daxili İşlər Naziri Diosdado Kabello ilə danışıqlar aparıblar.

Lim10.az bildirir ki, bu barədə "Reuters" mənbələrə istinadən xəbər verir.

62 yaşlı Kabelloya rəhbərlik etdiyi təhlükəsizlik qüvvələri və hakim partiyanın silahlı tərəfdarlarından Venesuela müxalifətini təqib etmək üçün istifadə etməmək barədə xəbərdarlıq edilib. Kəşfiyyat qurumları, polis və hərbçilərdən ibarət olan təhlükəsizlik aparatı 3 yanvarda ABŞ-ın basqınından sonra təsirsiz vəziyyətə düşüb.

Kabellonun adı ABŞ-ın narkotik qaçaqmalçılığı ilə bağlı ittihamnaməsindədir.

Daxili işlər naziri öz nəzarəti altında qüvvələri istifadə etmək qərarına gələrsə, bu, xaosa səbəb ola bilər. Maduronun tutulmasından bəri Kabello Karakasda əsas fiqurdur.

Elvin

Lim10.az