Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan və Böyük Britaniya arasında qarşılıqlı ticarət dövriyyəsi 1 040 522 730 dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 62,3% artım deməkdir.

Lim10.az -ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.

Statistikaya görə, 11 ay ərzində Azərbaycanın Böyük Britaniyaya ixracının həcmi 30,6% azalaraq 278 396 850 dollar təşkil edib.

İxracın payı 1,19% təşkil edib (yanvar-noyabr 2024: 1,65%).

Bu arada, Böyük Britaniyadan idxalın həcmi 3,2 dəfə artaraq 762 125 880 dollara çatıb.

İdxalın payı 3,6% təşkil edib (yanvar-noyabr 2024 – 1,28%).