Nigeriyada Kaduna ştatında silahlı dəstələr iki kilsədən onlarla ibadətçini qaçırıblar.
Lim10.az xəbər verir ki, bu barədə "Reuters" hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Kilsə rəhbəri 160 nəfərin itkin düşdüyünü bildirib.
Ştat polisinin məlumatına görə, silahlı şəxslər Kurmin-Vali qəsəbəsində ECWA və "Cherubim and Seraphim" kilsələrinə hücum ediblər. Hüquq-mühafizə orqanları qaçırılmış şəxslərin dəqiq sayını müəyyənləşdirirlər.(report)




















