Bolqarıstan Prezidenti Rumen Radev istefa vermək niyyətində olduğunu açıqlayıb.
Lim10.az xəbər verir ki, Bolqarıstan prezidenti xalqa müraciətində bu gün (yanvarın 20-də) rəsmi istefa ərizəsi təqdim edəcəyini bildirib.
Radevin sözlərinə görə, ölkənin vitse-prezidenti İliana Yotova dövlət başçısı olacaq.
"Şərait məni səlahiyyətlərim çərçivəsində dövlət və ictimai maraqları qorumaq üçün yeddi dəfə müvəqqəti hökumət təyin etməyə məcbur etdi. Bu gün Bolqarıstan Prezidenti kimi sizə sonuncu dəfə müraciət edirəm", - o qeyd edib.
Xatırladaq ki, dekabr ayında Bolqarıstan hökuməti mübahisəli büdcə təklifinə qarşı kütləvi etirazlar fonunda istefa verib. Etirazlar korrupsiya, ədalətsizlik və bir çox dövlət sektorundakı uğursuzluqlar səbəbindən hökumətin fəaliyyətindən narazılığa çevrilib.
Mürtəza



















