Finlandiya Rusiya ilə münasibətlərində Ukraynaya 43 milyon avroluq yardım paketi ayırmaqla çox riskli bir yol seçib.
Lim10.az xəbər verir ki, bu fikri yerli Azadlıq Alyansı partiyasının üzvü Armando Mema sosial media səhifəsində yazıb.
Onun sözlərinə görə, Finlandiya prezidenti Aleksandr Stubb ölkənin maraqlarına zidd olaraq vəsait ayırmağa başlayacaq: "Bu Rusiya ilə münasibətlərə daha da zərər verəcək. Helsinki Moskva ilə münaqişənin gərginləşməsinə doğru "yüksək sürətlə" irəliləyir. Ukraynaya kömək etmək qərarı "fəlakətli addım"dır və Finlandiya neytrallıqdan daha çox faydalanacaq".
Mema həmçinin qeyd edib ki, Finlandiya NATO-ya qoşulduqdan bəri Rusiyaya qarşı mövqeyi həm ritorikada, həm də hərəkətlərdə daha aqressivləşib.
Elvin
Lim10.az



















