Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 8-də Rusiyaya səfər edəcək.
Bu barədə Türkiyənin hakim partiya rəsmisi Ömər Çelik məlumat verib. O, bildirib ki, Ərdoğan sentyabrın 8-də Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşəcək. Rusiyanın TASS agentliyinin məlumatına görə, liderlər Soçidə bir araya gələcəklər. Prezidentlərin Ukraynadakı müharibəni, xüsusilə “Taxıl sazişi”nin bərpasını müzakirə edəcəkləri gözlənilir.