Almaniyanın BİLD nəşri yazır ki, “Vaqner” rəhbəri Priqojinin ölümündən sonra növbə Çeçenistan lideri Ramzan Kadırova çatıb.
Priqojindən başqa Rusiyada şəxsi ordusu olan şəxs Kadırovdur. Ukrayna savaşı başlayandan Kadırovun təkcə Çeçenistanın deyil, Rusiyanın da daxili siyasətinə aşkar müdaxilə etdiyi bildirilir. Nəşir yazır ki, Priqojindən lazımi dərs çıxardan Putin tezliklə Ramzan Kadırovu da zərərsizləşdirəcək.