Yeni pandemiya gəlir
Alimlər yeni pandemiyanın mənbəyini və tarixini açıqladılar: Bu, Covid-19-dan daha ölümcül olacaq
Alimlər xəbərdarlıq ediblər ki, növbəti pandemiyaya səbəb olacaq virus toyuq yuvalarında və ördək gölməçələrində dövr edir. Ölü qağayıların göydən yağdığını və quş qripi hallarının ötən illə müqayisədə iki dəfə artdığını qeyd edən tədqiqatçılar, H5N1 virusunun insanlarda Covid-19-dan daha ölümcül epidemiyaya səbəb olmasının an məsələsi olduğunu bildiriblər.
Mütəxəssislər qeyd ediblər ki, mövsümi qrip və quş qripi hallarının təbiətdə, xüsusən də bu qışda eyni vaxtda baş verməsi canlı hüceyrələrin genetik materialının dəyişməsi ilə nəticələnəcək. Bu səbəbdən də alimlər hesab edir ki, qışda COVİD-19-dan daha amansız pandemiya bəşəriyyəti sınağa çəkəcək.