Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaq zamanı saxlanılan "HaberTürk" telekanalının keçmiş baş redaktoru Mehmet Akif Ersoyun narkotik testinin nəticəsi müsbət çıxıb.
Lim10.az bu barədə "En Son Haber" saytına istinadən xəbər verir.
Eyni təhqiqat çərçivəsində narkoloji testdən keçirilən "HaberTürk" telekanalının aparıcısı Ela Rümeysa Cebecinin də test nəticəsi müsbət olub. Onun test nəticəsində çətənə və kokain maddələri aşkarlanıb.
Eyni iş üzrə saxlanılan televiziya aparıcısı Meltem Acetin narkoloji test nəticəsi isə mənfi olub.(oxu.az)



















