"Gürcüstan hökumətinin demokratik dəyərlərə sadiqliyi ilə bağlı hələ də suallar qalmaqdadır. Saakaşvili ilə həbsxanada necə rəftar edildiyindən ürəyim ağrıyır".
Bu barədə Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti Corc Buşun Tbilisidə keçirilən beynəlxalq konfransa ünvanladığı məktubunda qeyd olunub.
Buşun məktubunda bildirilir ki, Rusiyanın Gürcüstanda artan təsiri ilə bağlı narahatlıqlar var: “Tbilisi Beynəlxalq Konfransı mühüm toplantıdır və mən fəxr edirəm ki, Corc Buş İnstitutu bir daha bu tədbirin tərəfdaşıdır. Laura və mən gürcü xalqını və tədbir iştirakçılarını salamlayırıq. Siz Tbilisidə olduğunuz müddətdə dünyanın diqqəti hələ də Ukraynadadır. Bu müharibənin nəticəsi bütün dünyada, o cümlədən Gürcüstan üçün azadlıq və demokratiya üçün qeyri-müəyyən məna kəsb edir. Ukraynanın qələbəsi onu göstərir ki, demokratik qüvvələr üstünlük əldə edə bilər. Ukraynadakı qələbə azadlıqda yaşamaq istəyən xalqın gücünü göstərəcək, Ukraynadakı qələbə həm də Putinin işğalından 15 il sonra Rusiyanın ölkənizin 20% ərazisini işğalına son qoymağa zəmin yarada bilər. Gürcü xalqı Gürcüstanın Trans-Atlantik Demokratik Birliyinin tamhüquqlu üzvü olmasına, Avropa İttifaqı və NATO-ya üzv olmasına sarsılmaz dəstəyini davam etdirir. Gürcüstanda vətəndaş cəmiyyəti ölkənin irəliyə doğru getməsi prosesində mühüm rol oynamaqda davam edir. Keçən il qeyd etdiyim kimi, Gürcüstan mənim fikrimdə xüsusi yer tutur. Amerika Birləşmiş Ştatlarında sadiq dostlarınız var. Gürcüstan hökumətinin demokratik dəyərlərə sadiqliyi ilə bağlı hələ də suallar qalmaqdadır. Üçüncü prezidentinizlə həbsxanada necə rəftar edildiyi ürəyimi parçalayır. Rusiyanın ölkənizdə artan təsirindən və hökumətin Ukrayna xalqına və “rəhbərliyinə” dəstək verməsi ilə bağlı narahatlıqlar var. Hamımızın bir yerdə dayanma vaxtıdır. Gəlin bu konfransdan istifadə edək, Demokratiya və azadlığa sadiqliyimizi bir daha təsdiqləmək və bu idealları təhdid edən qüvvələri məğlub etmək barədə qərar verək”, – deyə Corc Buşun məktubunda qeyd olunub.
www.24news.ge