Moskvaya kütləvi PUA hücumu həyata keçirilib - Hava limanlarında reyslər təxirə salınıb

 

Moskvada uçuş və eniş üçün 50-yə yaxın reys təxirə salınıb, daha 6 reys isə ləğv edilib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Domodedovo hava limanında 6 reys yubanıb, yerli vaxtla 05:45-ə olan məlumata görə iki reys təxirə salınıb. Vnukovoda 17 reys yubanıb, bir reys isə ləğv edilib.

“Şeremetyevo” hava limanında 23 reys yubanıb. “Jukovski”də üç reys təxirə salınıb.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi və paytaxt meri Sergey Sobyanin Moskva, Kaluqa və Tver vilayətlərində pilotsuz uçuş aparatlarının vurulduğunu açıqlayıb.