İlon Mask Ukraynanın Sivestapola PUA hücumunun qarşısını alib?
Starlink mövzusunun davam edir - Elon Mask, Rusiya səfiri ilə danışdıqdan sonra, Ukrayna ordusunun planlaşdırılan sualtı PUA hücumunun qarşısını almaq üçün mühəndislərinə gizli şəkildə "STARLINK" peyk rabitəsini bağlamaq əmrini verdi.
Bu, tarixçi Uolter İsaaksonun gələcək tərcümeyi-halında “İlon Mask”dan bir parçada deyilir, Politico yazır.
Maskın özü cümə axşamı bu məsələni İsaaksondan fərqli bir şəkil şərh edib. Onun sözlərinə görə, bu bölgələrdəki peyklər heç vaxt işə düşməyib və o, sadəcə olaraq, onları işə salmamaq qərarına gəlib.
İsaakson yazır ki, Mask Ukraynanın hücum planlarını eşidəndə panikaya düşüb. Bu zaman "Starlink" peyklər Krım sahillərinə hücum məqsıdilə göndərilən, bombalarla yüklü 6 sualtı pilotsuz uçan aparatını idarə edirmiş. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovla danışdıqdan sonra, Krıma hücumun nüvə reaksiyasına səbəb olacağını söyləyən Mask, mühəndislərinə “Krım sahilinin 100 kilometrliyində” "Starlink" yayımını bağlamağı əmr etdi.
Maskın sözügedən əmri dronların idarəetmə mərkəzi ilə əlaqəni itirməsinə və geri qayıtmalarına gətirib çıxardı ki, bu da hücum missiyasını effektiv şəkildə sabote edib, - nəşr aydınlaşdırır.
Ukraynanın cavabı dərhal oldu, çılğın məmurlar Musk-a zəng vuraraq, "pilotsuz sualtı qayıqların azadlıq uğrunda mübarizədə mühüm rol oynadığını" bəyan edərək, xidməti yenidən işə salmağı xahiş etdilər. Amma Mask sarsılmaz idi. O, Ukraynanın "həddindən artıq irəli getdiyini və strateji məğlubiyyətə uğradığını" və onun peyklərinin hücum məqsədləri üçün istifadə edilməsini istəmədiyini iddia etdi.
Politico qeyd edir ki, təxribat aktından sonra milyarderin Ukrayna hakimiyyəti ilə münasibətlərində soyuqluq dövrü başlayıb.
“"Starlink"-i Sevastopola qədər aktivləşdirmək üçün hökumət orqanlarından təcili sorğu alındı” deyən Mask Twitter-də yazır, “Açıq niyyət Rusiya donanmasının böyük hissəsini lövbərdə batırmaq idi. Əgər onların tələbi ilə razılaşsaydım, SpaceX açıq şəkildə böyük bir müharibə və eskalasiya aktında iştirak edərdi."
"İlon Mask" adlı kitab sentyabrın 12-də işıq üzü görəcək.