Rusiyaya qarşı sanksiyalar yumşaldıla bilər...
BMT-nin baş katibi Antonio Quterreş Rusiyaya qarşı sanksiyaları yumşaltmaq üçün Kremllə gizli danışıqlar aparır
Bu barədə BMT-nin baş katibi Antonio Quterreşin Rusiya xarici işlər naziri Sergey Lavrova avqustun 28-də yazdığı məxfi məktubu ələ keçırın "BİLD" nəşri yazır.
Quterreş xüsusilə təklif edir:
▪️ Aİ-nin dövlətə məxsus Rosselxozbank-a qarşı sanksiyalarını ləğv etmək, yəni onu yenidən SWIFT sisteminə qoşmaq;
▪️Rusiya gəmilərini Azov və Qara dənizlərdə Ukraynanın hücumlarından sığortalamaq;
▪️ Rusiya gübrə şirkətlərinin Aİ-dəki aktivlərinin dondurulmamasına kömək etmək;
▪️ Rusiya gəmilərinin yenidən Aİ ölkələrinə daxil olmasına icazə veriləcək.
Bütün bunlar guya “taxıl müqaviləsi”nin yenilənməsinə kömək etməlidir.
BMT-nin baş katibi bu qənaıtdədir.