Paşinyanın müsahibəsindən tezislər
▪ Sərhəddə vəziyyət gərgindir. Azərbaycan həm Ermənistanla sərhədə, həm də Qarabağ ətrafına qoşun cəmləyib.
▪ Ermənistan-Amerika hərbi təlimi birinci dəfə deyil ki, keçirilir.
▪ Putinlə 2022-ci ilin dekabrından bəri azı 10 dəfə danışmışam. Nəticəsi olmayıb. Ona görə də son gərginliklə bağlı digər ölkə rəhbərlərinə zəng etdim.
▪ Zəng etmək məqsədim də onları xəbərsiz olduqları məsələlərdən xəbərdar etməkdir.
▪ Həyat yoldaşımın Ukraynaya səfəri siyasiləşdirilməməlidir. Bu çoxdan planlaşdırılmış səfər idi.
▪ Roma Əsasnaməsinin ratifikasiyası Rusiyaya qarşı deyil, Azərbaycanla münasibətlərimizlə əlaqəlidir.
▪ 2021-2022-ci illərdə biz nə Roma Əsasnaməsini ratifikasiya etmişdik, nə ABŞ ilə təlim keçirirdik, nə xanımım Ukraynaya getmişdi. Bunların heç biri olmamışdı. Amma əvəzində yenə sərhəddə gərginlik vardı. Deməli bu gərginlik bunlarla əlaqəli deyil.
▪ KTMT öz üzərinə düşəni etmir. Bizə əlavə təhlükəsizlik yolları lazımdı. Beynəlxalq təminatçılara ehtiyac var. (dolayısı ilə Rusiyanın artıq tərəfdaş kimi nə ölkə daxilində, nə də Qarabağda təhlükəsizliyin qarantı olmadığına işarə edir)