“Rus və erməni xalqlarının davası Ermənistan üçün çox çətin və fəlakətli olar”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O, qeyd edib ki, Rusiya Ermənistan rəhbərliyinin iki ölkənin xalqını dava etmək üçün fəlakətli planlarının olmadığına ümid edir.
Zaxarova İrəvanın iki ölkənin xalqlarını hansısa bir şəkildə qarşı-qarşıya qoya bilməsinin mümkünlüyü barədə suala cavabında deyib: "Ümid edirəm ki, bu baş verməyəcək. İnanıram ki, Ermənistan rəhbərliyində heç kimin belə bir məqsədi və vəzifəsi yoxdur. Çünki, fikrimcə, bu, sadəcə Ermənistan üçün fəlakətli olardı".