Rus buğdasının qiyməti iyun minimumuna düşüb - SovEcon

 

SovEcon-ın qiymət monitorinqinə əsasən, sentyabrın 20-də başa çatan həftə ərzində Rusiyanın Avropa hissəsində 4-cü sinif buğdanın orta qiyməti 400 rubl azalaraq 12 000 rubl olub. Buğda sonuncu dəfə iyunun sonunda belə qiymətlərə düşmüşdü. Tələbatın azalması fonunda buğda qiymətləri ucuzlaşmaqda davam edir.

Un dəyirmanları və heyvandarlıq fermerləri kifayət qədər buğda ehtiyatına malik olduğundan buğdaya daxili tələbat zəif olaraq qalır.

Satışların azalması fonunda ixracatçılar da buğda alışlarını azaldırlar. Sentyabrın 26-da Rusiya buğdasının satışı üzrə bağlanmış müqavilələrin həcmi bir ay əvvəlki 6,1 milyon tondan 4,1 milyon tona qədər azalıb.

Kənd Təsərrüfatı Nazirliyinin minimum satış qiymətlərini tənzimləmək cəhdləri ixrac dərəcələrinə mənfi təsir göstərə bilər.

GASC-nin son tenderində Rusiya buğdası 270 FOB-dan az olmayan qiymətə təklif edilib ki, bu da KİV-in məlumatına görə, Rusiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən buğda üçün müəyyən edilmiş “qiymət həddi”nə uyğun gəlir. Bunun fonunda Rusiyanın təklifləri Rumıniya təklifləri qarşəsında məğlub oldu.

Eyni zamanda, yüksək məhsuldarlıq şəraitində buğda tədarükü yüksək səviyyədə qalır. SovEcon 2023/24 buğda məhsulunu 91,6 milyon ton səviyyəsində qiymətləndirir ki, bu da uzunmüddətli orta göstəricidən 11% çoxdur.

Qısamüddətli perspektivdə yüksək təklif və ixrac tələbinin bir qədər azalması fonunda daxili bazarda qiymətlərin daha da ucuzlaşacağı gözlənilir. Bu isə ixrac qiymətlərinin daha 10-15% ucuzlaşmasına gətirib çıxara bilər.