"Ukrayna ordusu cəbhədə addım-addım irəliləməyə davam edir".
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski France 2 televiziyasına müsahibəsində deyib.
Ukrayna prezidenti bildirib ki, hər kəsin istədiyi kimi sürətlə irəliləmək asan deyil: “Rusiya əks-hücuma keçməyə çalışır, amma nəticəsiz qalıb və biz addım-addım irəliləməyə davam edirik. Biz istədiyimiz və ya ümid etdiyimiz kimi sürətlə irəliləyə bilmərik”, – deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, vaxtın gecikdirilməsi Rusiyanın xeyrinə işləyir, ona görə də Ukraynaya yardımın gecikməsinə yol vermək olmaz.