Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağının blokadasını tənqid edərək, elektrik və suyun kəsilməsinin fələstinlilərin insan haqlarına zidd olduğunu deyib.
Türkiyə lideri ABŞ-ın Şərqi Aralıq dənizinə təyyarədaşıyan gəmi göndərməsinə də cavab verib. "ABŞ təyyarədaşıyan gəmisi İsraildə nə edir, nə edəcək? O, Qəzzaya və onun ərazilərinə hücum edəcək, qırğınlar törədəcək?”, - deyə Ərdoğan bildirib.
Türkiyə lideri bir daha vasitəçilik etməyə hazır olduğunu bildirib və əlavə edib ki, müharibənin sona çatması üçün səylərini davam etdirəcək.