İran mediasından növbəti təxribat

Mirmehrdad Mirsəncəri: İranın Ermənistanın Sünik vilayətində olması qaçılmaz və tarixi zərurətdir”


İranlı ekspert Mirmehrdad Mirsəncəri “Shargh Daily” saytında Azərbaycan əleyhinə qərəzli məqaləsində yazıb:

“Qafqaz ölkələrində istənilən sərhəd dəyişikliyinin Tehranın qırmızı xətti olması ilə bağlı İranın ən yüksək rəsmilərinin şəffaf açıqlamalarından və dini rəhbərin Sünikin işğalına rəsmi və açıq-aşkar qarşı çıxmasından sonra, Türkiyə, İsrail və İngiltərənin dəstəyi ilə 86 min kvadrat kilometr ərazisi və cəmi 9 milyon əhalisi olan kiçik qonşu ölkənin prezidenti diplomatik prinsiplərdən uzaq çıxış edib.

Belə ki o, İranın buna qarşı çıxmasına rəğmən, Süniki işğal etməkdə və İranın Ermənistan və Avropa ilə əlaqəsini və Şimal-Cənub strateji dəhlizini kəsməkdə qərarlı olduğunu vurğulayıb! Bu arada bir neçə məqamı da qeyd etmək lazımdır.

- Bakı Sünikin işğalı ilə bağlı apardığı geniş təbliğatda iddia edir ki, 1920-ci ildə Sünik (iddia edilən Zəngəzur adı) “Bakı Respublikasının” tərkibində olub, ona görə Bakı ilə Türkiyə arasında birbaşa əlaqə yaratmaq üçün indi Bakı onu işğal etməlidir?!

Halbuki, bu məntiqlə, 1918-1920-ci illərin xəritələrində Ermənistanın tərkibində olmuş Qarabağ və Naxçıvan indi Ermənistana qaytarılmalıdır!

Bakı bunu da başa düşməlidir ki, 1813-cü ilə qədər İranın tərkibində olmuş, bədnam Gülüstan və Türkmənçay müqavilələri ilə İrandan ayrılmış Badkübə, Gəncə, “Şuşi”, Lənkəran, Lahıc, Lerik və s. şəhərlər 1991-ci ildə Sovet İttifaqının dağılmasından müqavilə tərəflərindən birinin ortadan qalxması ilə, qanuni olaraq İrana qaytarıla bilərlər!...”.

https://bit.ly/3wL8GR6