Əgər Ukrayna ərazi güzəştlərinə gedərsə, ölkə əhalisi onları qəbul etməyə hazır olacaq.
Lim10.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.
"Mənim təəssüratım belədir. Əgər insanlara deyilsə ki, “bu, imtina etməli olduğumuz şeydir, amma hər şey dayanacaq və qarşılığında alacağımız şey budur: güclü ordu, yenidənqurma üçün milyardlarla dollar və AB üzvlüyü". Əgər fitnəkar bir fikir ifadə edirəmsə, məni bağışlayın. Düşünürəm ki, bu, cəmiyyətin qəbul etməyə hazır olduğu bir fikirdir", - sabiq nazir qeyd edib.
Kuleba əlavə edib ki, ictimai fikir əks etdirən rəy sorğularının nəticələri "küçələrdəki və mətbəxdəki insanların" real düşüncələrindən əhəmiyyətli dərəcədə fərqlənir.
Qeyd edək ki, yanvarın 6-da Parisdə keçirilən "könüllülərin koalisiyası" sammitindən sonra Almaniya kansleri Fridrix Merts Ukrayna və onun Qərb müttəfiqlərinin böhranın sülh yolu ilə həllinə nail olmaq üçün güzəştə getməli olduqlaırnı bildirdi . Kansler çıxışı zamanı hansı güzəştləri nəzərdə tutduğunu dəqiqləşdirməyib. O, qeyd etdi ki, həll prosesinin özü yaxın gələcəkdə əhəmiyyətli səylər tələb edəcək.
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff da ABŞ-ın Ukrayna böhranının həlli çərçivəsində ərazi məsələsində kompromis həll yoluna çatmağa ümid etdiyini açıqlayıb.. Diplomat həmçinin qeyd edib ki, ABŞ Ukrayna münaqişəsini ən mürəkkəb münaqişələrdən biri hesab edir. Diplomatın sözlərinə görə, ərazi məsələsi münaqişənin həllində əsas rol oynayacaq.
Mürtəza




















