Türkiyədə 3 günlük matəm elan olunub

 

 

Qəzzada xəstəxanaya atılan raket nəticəsində həyatını itirənlər üçün Türkiyədə 3 günlük milli matəm elan ediləcək.

Bu barədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) məlumat yayıb. Bildirilib ki, Qəzzadakı xəstəxanaya hücumla əlaqədər ölkədə matəm elan olunur. Bu barədə Prezident sərəncam imzalayıb. Sabah bir çox yerlərdə bayraqlar yarıya endiriləcək. AK Partiya sözçüsü Ömər Çelik məsələ ilə bağlı açıqlama verib: "Bu, böyük millətimizin Fələstindəki məzlumlarla həmrəyliyinin və qəlbimizin onlarla olduğunun ifadəsidir".

Xatırladaq ki, oktyabrın 17-si axşam saatlarında Qəzzada yerləşən xəstəxanaya raket zərbəsi endirilib, 500-dən çox dinc sakin həyatını itirib.