Vergi xidmətində yalnız mühafizəçilər və xadimələr nümunəvi iş nümayiş etdirir
"Məscid tikilməmiş kor əsasın dirədi"
"Məscid tikilməmiş kor əsasın dirədi"
Avqustun 22-də "Liberal İqtisadçılar Mərkəzi" İB vergi qeydiyyatından keçdi və dərhal Dövlət Vergi xidmətinin maliyyə sanksiyasina məruz qaldı. Necə deyərlər, məscid tikilməiş kor əsasın duredi.
Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlarla İş üzrə Baş İdarəsi 24.08.2022-ci il tarixli məktubla müraciət edib ki, "Liberal İqtisadçılar Mərkəzi" İB Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyi gündən 30 gün müddətində vergi qeydiyyatından da keçməli idi. Bu müddət başa çatdıqdan sonra müraciət ərizəsi təqdim edildiyinə görə Vergi Məcəlləsinin 33.4 və 34.3 maddəsinə əsasən "Liberal İqtisadçılar Mərkəzi" İB 40 manat maliyyə sanksiyasina məruz qala bilər. Göndərilən bildirişdə vurğulanırdı ki, 01 sentyabr 2022-ci il tarixdə İB-ya maliyyə sanksiyasi tətbiq edilməsi Baş İdarənin rəisi ilə müzakirə ediləcək: "Müzakirədə iştirak etməsəniz İB haqqında qərar sizsiz qəbul ediləcək". Biz də maraq xatirinə bu müzakirədə iştirak etmək qərarına gəldik. Məktub "Liberal İqtisadçılar Mərkəzi" İB-ya Baş İdarənin Z. Bunyatov 15 ünvanında yerləşən ofisindən gəldiyindən, biz də elə həmin ünvana müraciət etdik. Əvvəl bildirdilər ki, biz Baş İdarənin N.Nərimanov metrostansiyası yaxınlığındakı ofisinə müraciət etməliyik. Biz məktubun göndərildiyi ünvanı xidmət əməkdaşına göstərdikdən sonra idarədə məktubu "araşdırmağa" başladılar. İki saat davam edən "araşdırmadan" sonra mühafizəçi bildirdi ki, sizi telefona çağırırlar. Telefonun o başından bir xanım məlahətli səslə dedi ki, siz vergi qeydiyyatı üçün gec müraciət etdiyinizə görə İB-ya 40 manat maliyyə sanksiyasi tətbiq ediləcək: "Əgər siz Ədliyyə Nazirliyinin sənədləri sizə gec təqdim etdiyi barədə arayış təqdim etsəniz, maliyyə sanksiyasi aradan qaldırıla bilər". Biz sual etdik ki, axı məktubda yazmısınız ki, sanksiyasinın tətbiqini bizimlə müzakirə edəcəksiniz və birlikdə qərar qəbul edəcəyik, nə üçün bu müzakirəni təşkil etmirsiniz? Xanım bildirdi ki, müzakirənin mənası yoxdur, siz yalnız sənədlərin gec təqdim edilməsini təsdiqləyən arayış gətirsəniz sanksiyadan qurtula bilərsiniz. Elə isə Vergi Xidməti nə üçün bu gün məktublar yazıb vətəndaşların saatlarla vaxtını alırlar. Müzakirəyə çağırıb da bir kəlmə üz-üzə izahat belə vermirlər.
Bu gün şahidi olduq ki, Vergi Xidməti əməkdaşları özləri göndərdiyi məktubu oxuyub başa düşə bilmirlər. O boyda idarədə 2 cümlədən ibarət məktubu oxuyub, başa düşüb, vətəndaşa cavab vermək üçün 2 saat araşdırmadan sonra bir nəfər güclə tapıldı. O da yuxarıdakı cavabı verdi. Vətəndaşla sanksiyanin tətbiqini müzakirə etməyəcəksinizsə, nə üçün vətəndaşı çağırıb, saatlarla vaxtını alır, sonra isə telefonla deyirsiniz ki, müzakirənin mənası yoxdur.
Dövlət Vergi Xidmətində çalışan əməkdaşların əksəriyyətinin intellektual səviyyəsi sıfra bərabərdir, biz bu gün bunun canlı şahidi olduq.
Dövlət Vergi Xidmətində olduğumuz müddətdə yalnız vergi xidməti (elektron növbə əsasında vətəndaşlara vidmət göstərən) əməkdaşların, mühafizəçilərin və xadimlərin nümunəvi isinin şahidi olduq.
Akif Nəsirli