Bayden yəhudilərə 100 milyon dollar vəd etdi

ABŞ Qəzza və İordan çayının qərb sahilində yaşayan insanlara humanitar yardım üçün 100 milyon dollar ayıracaq.

Bu barədə İsraildə səfərdə olan ABŞ prezdenti Co Bayden açıqlama verib. Onun sözlərinə görə, qeyd olunan məbləğ münaqişə nəticəsində zərər çəkmiş bir milyona qədər məcburi köçkün üçün də istifadə olunacaq. ABŞ prezidentinin sözlərinə görə, İsrail Misirdən Qəzza zolağına humanitar yardım gətirməyə razılaşıb. İsrailin baş naziri Benyamin Netanyahu isə Baydenlə İsrailə "kütləvi hərbi yardım paketi" barədə razılığa gəldiklərini bildirib. O qeyd edib ki, bu yardım paketi, İsrailin HƏMAS-a tez bir zamanda qalib gəlməsinə kömək edəcək. Bayden Qırmızı Xaç Cəmiyyətinin əsirləri ziyarət etməsinə icazə verilməli olduğunu deyib. Netanyahu isə qeyd edib ki, İsrail əsirlər azad edilənə qədər öz ərazisindən Qəzzaya humanitar yardımın daxil olmasına icazə verməyəcək.