Tokayevdən inqilabi islahat təklifləri
Dadaş Əhmədli
Kasım-Jomart Tokayevdən maraqlı təkliflər
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib və bir sıra islahatlar təklif edib.
- Tokayev yanvar etirazlarının iştirakçılarına amnistiya elan edib;
- Növbədənkənar prezident seçkilərinin 2022-ci ilin payızında keçirilməsi (2024-cü ildə keçirilməli idi) və təkrar seçilmə imkanı olmadan prezidentlik müddətinin 7 ilə məhdudlaşdırılması təklif edilir;
- "Dəbdəbəyə görə vergi"nin tətbiqinə baxılması təklif olunur;
- Bələdiyyə orqanlarının səlahiyyətlərinin genişləndirilməsi, əks-mərkəzləşdirmənin aparılması;
Bundan əlavə, Tokayev minimum əməkhaqqının artırılmasını, məhkəmələrdə islahatların aparılmasını, xüsusi uşaq fondunun yaradılmasını (Milli Fondun illik gəlirinin 50%-nin uşaqların əmanət hesablarına köçürülməsini), kommunal şəbəkələrin yenilənməsini və ailə və məişət münasibətləri sahəsində qanun pozuntularına görə cəzaların artırılmasını təklif edir.