Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın baş naziri Əli Əsədov Gürcüstana gələcək.
Nikol Paşinyan və Əli Əsədov İpək Yolu dördüncü beynəlxalq forumunda iştirak edəcəklər. Məlumata əsasən, baş nazir İrakli Qaribaşvilinin də iştirak edəcəyi forum oktyabrın 26-27-də Tbilisidə keçiriləcək.
Bildirilir ki, forumun əsas mövzu elektron ticarətin və rəqəmsal əlaqələrin dərinləşdirilməsi, nəqliyyat infrastrukturu və enerji layihələri olacaq.