Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunu imzalayıb. Bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb. Məlumata görə, sənəd dövlət başçısının imzası ilə Türkiyə Böyük Millət Məclisinə göndərilib. Protokolun yaxın vaxtlarda millət vəkillərinin müzakirəsinə çıxarılacağı gözlənilir.