Olmuş və hal hazırda davam edən müəmmalı proses
"Kökü dərinə gedən" yazılan silinmir?
Müəyyən şiakayət daxil olur, yazıb, araşdırılmasını xahiş edirsən, qarşı tərəfdən problemin araşdırılmasını gözləyirsən. Gözlənilmədən üç-dörd istiqamətdən yazının, şərh verənlərin şərhlərinin silinməsini xahiş edirlər. Təkidlə "təkliflə" israr edirlər. Hətta, "Markın ölkəmizdəki səlahiyyətli nümayəndəsini"də prosesə qatıb, statusa verilən şərhləri silməyə nail olurlar. Belə olan halda şübhə artır. Deməli nəsə var. Oxuyan, maraqlanan sayı artır. İçərilərindən bir qrupu "təmsil edən" bir şəxsdən ötrü daha ciddi xahiş, tələb ortaya çıxır. Yenə oxucu sayı, maraq dairəsi artır, genişlənir. Şübhələr artır. Məlumat alanların, maraq göstərənlər sayı daha da artır. Yəni hər təkid maraq dairəsinin genişlənməsinə səbəb olur, hərəsinin öz maraq çərçivəsində. İndi qaldırılan problemin, silinmə prosesinin mərkəzində dayanan, "xüsusi imtiyazlı" şəxsin adının hər yerdən yoxa çıxması üçün daha yeni proses başlanır. Cənablar, müəllimlər və bəylər, deməli, yenidən proses başqa formada davam edəcək. Düşünmürsünüz ki, "kökü dərinə gedən", yazılan silinmir? Axırda o qədər "sildirəcəksiniz" ki, əsl problem sizi vəzifəyə təyin edən ölkə başçısına çatdırılacaq?
Qeyd; Proses davam edəcəyi təqdirdə məni müvafiq qurumların diqqətini mövcud problemə yönəltmək haqqında düşünməyə məcbur etməyin.
Mirvari Gahramanli