TÜRKİYƏ VƏ İRANIN PARÇALANMASI PLANI – “İran-Azərbaycan müharibəsinin başlanmasına yol verməməliyik!” (Sensasiyalı məqalə)
Yasəmən Qaraqoyunlu
"Bölgəmiz, tariximiz, gələcəyimiz qanlı savaşlara sürüklənir"
"Bütöv Azərbaycan ideyası bir Türk layihəsidir. Amerikanı, Rusiyanı Orta Doğudan çıxarmağı hədəf alan ideyadır"
Diqqətli olmalıyıq. İsrailin Türkiyə və İran siyasəti eynidir. Eyni stratejiyə xidmət edir, paralel aparılır.
Məqsəd;
- Türkiyənin parçalanması - içindən “kürdüstan”, Ermənistan, Pontus dövlətlərinin və avtanom Ortodoksal Konstantinopol patrikliyinin çıxmasıdır;
- İranın parçalanması - İçindən "kürdüstan", "farsistan", Azərbaycan, Bəllucistan dövlətlərinin çıxmasıdır;.
- İraq və Suriyanın parçalanması, içindən "kürdüstan", sünni-şiə ərəb dövlətciklərinin yaradılması da gündəmdədir.
Yəni İsrailin yerləşdiyi bölgədə dövlətlər etnik bölgələrə parçalanır, kiçik etnik dövlətciklər yaradılır, İsrail isə əksinə, İran, İraq, Suriya, Türkiyə kürdlərinin birləşməsi və dəstəkləri ilə böyüyüb güclü dövlət olur, "vəd edilmiş torpaqlar"da yenidən yəhudi-İsrail krallığı yaradılır və Böyük Orta Doğu Planı (BOP) zəfərlə sonuclanır.
Suriyanın, Türkiyənin və İranın parçalanması ilə İsrail “böyük kürdüstan” adı ilə Kəngər körfəzinə və Aralıq dənizinə çıxmaq, Türkiyədəki Fərat və Dəclə çaylarının başlanğıc bölgələrini, mənbəyini ələ keçirməklə Orta Doğudakı su savaşlarını qazanmağı amaclayır. İsrail İraq, Suriya, İran, Türkiyə dövlətlərini parçalayaraq “böyük kürdüstan”, əslində "böyük İsrail" dövlətini qurur.
Kürdlər İsrailin vəkalət savaşını aparır. İsrail 1948-ci ildən günümüzəcən genişlənmək, yayılmaq, "vəd edilmiş torpaqlar"ı İsrailə qatmaq siyasəti aparır. Bu siyasətini reallaşdırmaq üçün hər şeydən - din, məzhəb, millətçilik, etnikçilik kimi hərəkatlardan istifadə edir. İsrail Ərəb dünyasına qarşı fars (sünni ərəbə qarşı şiə fars), Türk dünyasına qarşı kürd-fars milliyətçiliyini kullanır. İsrail İrana qarşı Azərbaycan türklərini, Türkiyəyə qarşı kürdləri istifadə etməklə İran və Türkiyəni bölmək siyasəti izləyir.
ABŞ-nin dəstəyi ilə İsrail mərkəzli çox dilli, çox dinli, çox etnoslu yeni Orta Doğu yaradılır. Orta Doğunun vahid islami kimlikli sivilizasiyası, mədəniyyəti parçalanır, Qüds yəhudi-xristian mədəniyyətinin mərkəzlərindən birinə çevrilir, Qüds İslami kimliyini itirir.
Mədəniyyətlərin, dinlərin tarixi axışını seyr etdikcə, Qərb tarixçiliyindəki xristian kültür təəssübünü və ruhunu dərk etdikcə, bu qənaətə gəldim ki, Qüdsdən sonra İstanbul gəlir! İslam dünyası birinci mərhələdə Qüdsü itirdisə, ikinci mərhələdə İstanbulu itirə bilər. Proses buna doğru gedir. Qüds İstanbulun qalası və müdafiəçisi idi... (Sovet tarixçiliyində yetişmiş azərbaycanlılar orta çağ tarixindən qopduğu üçün məni anlamazlar).
Diqqətli olmalıyıq. İsrailin kuklası olmamalıyıq. İsrailin (ABŞ-nin) vəkalət savaşlarına qatılmamalıyıq. İsrailin (Amerikanın) Orta Doğu Planı (böyük İsrail planı) Türk Millətinin maraqlarına ziddir.
1. Orta Doğunun 2 başlıca gücü və sahibi vardır: Türklər və ərəblər.
2. Orta Doğuda siyasi siniflərin və xalqların taleyini İsrail və ABŞ yox, Türklər və ərəblər müəyyən edəcəklər.
3. İran İsrailin əli ilə deyil, İranın sahibi olan Türklərin əli ilə dəyişəcəkdir.
4. Azərbaycan-İsrail müttəfiqliyi strateji yox, taktiki müttəfiqlikdir.
5. Farslar və yəhudilər Orta Doğuda ərəb və türk çoğunluğu içində azınlıq olduqları üçün, türkə və ərəbə qarşı dirənə bilmək üçün tarixi-strateji müttəfiq olmuşlar. Lakin 1979-cu ildəki İslam İnqilabından sonra şiə fars kimliyi İslamın imperializmə və sömürgəçiliyə qarşı apardığı 200 illik savaşının bayrağını yenidən qaldırmaq iddiasını irəli sürdü və İslam adına məşruluq qazanmaq, şiə dünyasına liderlik etmək məqsədilə Fələstini işğal edən İsraili-ABŞ-nin Orta Doğudakı müttəfiqi olan imperializmin vəkalət təmsilçisi sionizmi baş düşmən elan etmişdir.
6. İran İsrail-Fələstin savaşına sürüklənməməlidir. Bu proses durdurulmalıdır. İran İsraillə savaşa girərsə bu proses Azərbaycanı da savaşa sürükləyə bilər. İrandakı Türk Milli Hərəkatı İsrailin-ABŞ-nin müttəfiqi, oyuncağı olmamalıdır. İranı Türklər daxildən - təkamüllə, yumşaq güclə dəyişməlidir.
7. Kimlərsə inanır ki, İsraillə-İran savaşacaq və İran parçalanacaq, Azərbaycan fürsətdən istifadə edib Bütöv Azərbaycan quracaqdır. Lakin heç kəs hesablamır ki, İran parçalandığı təqdirdə Güney Azərbaycanın sərhəddində, yanı başımızda bir “kürdüstan” - ikinci Ermənistan peyda olacaqdır. Bu “kürdüstan”la Ermənistan strateji müttəfiq olub, Güney Azərbaycanla torpaq savaşlarına başlayacaqlar. İrandakı Kürdüstan İraqdakı, Suriyadakı, Türkiyədəki kürdlərlə birləşib Türkiyəni də böldükdən sonra Türk irqinin Ərəb platosu ilə əlaqələri həmişəlik qırılacaqdır. Türk İrqinin orta doğudakı arealı-məkanı, torpağı və hövzəsi daralacaqdır.
Diqqət edin: İranın, İraqın, Suriyanın, Türkiyənin bölünüb parçalanması gündəmdə olduğu bir dönəmdə ABŞ və İsrail Azərbaycanımı birləşdirib bütövləşdirəcək? Bu nağıllara kim inanır?
Amerika və İsrail İraqda və Suriyada “kürdüstan” qurmağa cəhd edirlər, Türkiyəyə qarşı Suriyada 150 min PKK silahlı ordusunu təlimatlandırır, bəsləyirlər. “Böyük kürdüstan” və Bütöv Azərbaycan projelərinin üst-üstə düşməsi, eyni zamanda, paralel kullanılması, eyni məqsədə xidmət etdirilməsi sizi düşündürmür?
Bütöv Azərbaycan bir türk projesidir(mi?). Genel olaraq Türk Millətinin, irqinin maraqlarına və stratejisinə xidmət etməlidir. Bütöv Azərbaycan Türk irqinin məkanca genişlənməsinə xidmət etməlidir və sərhədləri Kəngər körfəzinə qədər uzanmalıdır, bu öz yerində. Amma Dərbənddən-Həmədana qədərki coğrafiyada Bütöv Azərbaycan qurmaq, türk Azərbaycanı ərəb platosundan ayırmaq demək deyilmi?
Bəs niyə Bütöv Azərbaycan projesi məhz İkinci Dünya savaşı illərindən etibarən “kürdüstan projesi” ilə eyni zamanda dövriyyəyə girir? Eyni məqsədə xidmət edir, niyə? Arxadakı gizli ağıl kimdir? Millətimiz haraya, nəyə sürüklənir?
Diqqət edin: Bölgəmiz, tariximiz, gələcəyimiz qanlı savaşlara sürüklənir. Bu savaşı durdurmalıyıq.
Önəmli qeyd:
1. Azərbaycanda Bütöv Azərbaycan uğrunda savaşan Əziz Əliyev, Mircəfər Bağırov, Əbülfəz Elçibəy kimi şəxsiyyətlər, böyük ədəbiyat yaradan Bəxtiyar Vahabzadə, Mirzə İbrahimov, Sabir Rüstəmxanlı kimi aydınlar, 50-ci illərdən üzü bəri yetişən, mücadilə verən böyük nəsillər vardır.
1988-dən bəri, SSRİ-nin parçalanması dönəmlərindən Azərbaycanda Bütöv Azərbaycan deyən ilk şəxslərdən biriyim. 90-cı illərdə Bütöv Azərbaycan Hərəkatı təşkilatını qurdum. Bütün Azərbaycan xalqı Bütöv Azərbaycan deyir. Çünki Azərbaycan gerçəkdən parça- parça edilmişdir. Fəqət biz İsrailin, Amerikanın işinə yarayan bir Bütöv Azərbaycan demirik. Doğu (şərq) və batı (qərb) türklüyünü birləşdirən, doğuda Türküstan və batıda Anadolu, Güneydə İraq və Suriya türklüyünü birləştirən bir mərkəzi Türk vətəni olacaq Bütöv Azərbaycan deyirik!
Biz Qafqazı, İran platosunu, ərəb və hind platosunu, Anadolu platosunu birləşdirən, bağlayan bir Turan Bütöv Azərbaycanından danışırıq. Bütöv Azərbaycan ideyası bir Türk layihəsidir. Amerikanı, Rusiyanı Orta Doğudan çıxarmağı hədəf alan ideyadır. Bütöv Azərbaycan Türk İranını fars əsarətindən azad edən, İranı qəlbindən dəyişdirən bir ideyadır.
Bütün İran Azərbaycandır, Türkdür. İçində farslar və digər azınlıqlar yaşayır.
Yenə önəmli qeyd.
2. Bütöv Azərbaycan ideyası sadəcə bir coğrafi layihə deyildir, Türk millətinin ümumi mənfəətlərindən ve çıxarından hərəkət edən, onun gözləntilərinə cavab verən hədəfdir.
3. Bütöv Azərbaycan layihəsinin yeni ontoloji ve epistimoloji tərifinə ehtiyac vardır.
a) Bütöv Azərbaycan ideyasının ilk ontolojisini 41-50, 50-88 -ci illərdə Stalin-SSRİ qurmuşdur. Məqsəd Rusiyanın İranın mərkəzinə qədərki bölgələrə yayılması və İrandakı ingilis nüfuz arealını kiçiltmək idi. İngilislər panfarsizm, paniranizm ideyalarını dəstəkləyir və farsları öz müttəfiqlərinə çevirmişdi.
SSRİ isə Bütöv Azərbaycanı (türksüz Azərbaycan. Pişəvəri modeli), Azərbaycanın Güneyinin müstəqilliyini dəstəkləyərək Azərbaycan türklərini öz müttəfiqlərinə çevirməyə çalışırdı. Beləcə Rusiya və İngiltərənin 1907-ci ildən İranı iki nüfuz dairəsinə bölmə planları 100 il tıkır-tıkır işlədi. Bu İngiltərə və Rusiyanın 18-ci əsrdən bəri Orta Doğunu paylaşmaq üçün inkişaf etdirdikləri "Böyük Oyun" siyasətinin tərkib hissəsi idi.
b) Ə.Elçibəy liderliyində, Bütöv Azərbaycan Birliyində Azərbaycan aydınlarının hazırladığı proqram və məramnamədir.
c) Təkrar edirəm. Bütöv Azərbaycan ideyasının yeni ontolojisi, epistimolojisi hazırlanmalıdır. Burada Türküstan, İraq-Kərkük, Türkiyə, Azərbaycan, eyni zamanda İranın təkcə Azərbaycan bölgəsində deyil, bütün bölgələrində yaşayan türklərin iştirakı və qatqısı olmalı, mənfəətləri nəzərə alınmalıdır. Bu sadəcə Azərbaycan projesi yox, Türk projesi olmalıdır. Unutmayaq. Millətlə torpaq, coğrafiya ayrılmaz bir bütündür. Stalinin yaratdığı, Azərbaycanda AMEA-nın teorizə etdiyi coğrafi millətçilik -Türksüz Bütöv Azərbaycan projesi yarımçıqdır, bizi bir yerə çıxarmaz.
d) Türküstan-İraq-İran-Suriya-Türkiyə-Azərbaycan türkləri ortaq hərəkət etməlidirlər. Ortaq strateji, ortaq platforma.
Amerika və İsrailin (farslar, ermənilər və kürdlərin qatqısı ilə) Böyük Orta Doğu (böyük İsrail-Kürdüstan) siyasətinin amacı Türkləri İraqdan, Suriyadan, Anadoludan və İrandan təmizləmək, silib atmaqdır.
İspaniyada Kurtuba ərəb dövlətini və bütünlükdə 2 milyon ərəbi İspaniyadan təmizləyən Rekonkista hərəkatını oxuyub müqayisələr aparsanız, heyrətə gələcəksiniz.
Coğrafiyamızda Türklərə qarşı rekonkista siyasəti izlənir. Baburların, Qacarların, Osmanlının çökdürülməsi və paylaşılması, coğrafiyamızda İran- fars, erməni, İsrail, günümüzdə kürd dövlətlərinin qurulması türklərə qarşı aparılan birər rekonkista prosesinin tərkib hissəsidir. Qurulan hər yeni dövlət antitürk siyasət izləyir və türkə düşməndir.
İran-fars mollalarının fitvasına və təhriklərinə uyub, İran-Azərbaycan müharibəsinin başlanmasına yol verməməliyik!
Rusiyaya qarşı-Ukrayna, İrana qarşı-Azərbaycan, Türkiyəyə qarşı-Yunanıstan, Çinə qarşı-Tayvan müharibələrindən qazanan Qərb bloku-Amerika olacaqdır.
İrandakı Türklüyü gücləndirməliyik, İran daxildən evrimlə dəyişməlidir. Türk dövləti bərpa olunmalıdır.