"QƏZZADAKI BÖHRANIN AÇARI TÜRKİYƏDİR!" - "Hakan Fidanın barmaq silkələməsi Blinkenin aldığı ən ağır cavab idi"
Noyabrın 6-da ABŞ dövlət katibi Entoni Blinkenin Ankara səfəri, xarici işlər naziri Hakan Fidanla görüşdə yaşanan olaylar və soyuq qarşılama ABŞ mətbutında hələ də gündəmin əsas mövzusu olaraq qalır. ABŞ nəşrlərində hələ də sözügedən görüşlə bağlı müxtəlif təhlil materialları dərc edilir.
"AzPolitika.info" xəbər verir ki, belə yazılardan biri də ABŞ-ın aparıcı nəşrlərindən olan "Bloomberg"-də dərc edilib.
"Qəzzadakı krizin açarı Türkiyədir!" başlıqlı məqalədə görüşün təfərrüatları və Blinkenin düşdüyü çətin vəziyyət müzakirə olunub.
Jurnalist Bobby Ghosh imzalı məqalədə Qəzzada baş verənlərin həllinin Türkiyədən keçdiyi bildirilib.
Təhlildə Prezident Rəcəb Tayyib Ərdoğanın Blinkenlə görüşməməsinin də diqqətəlayiq olduğu vurğulanıb:"Fidanın soyuq münasibəti və Ərdoğanın bu qərarı doğru idi. Çünki oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu və İsrailin sarsıdıcı cavabı ilə başlayan böhranı həll etməyə tələsən Bayden administrasiyası Türkiyəni diqqətə almamışdı. Türkiyədən böyük ölçüdə yardım tələb olunmayan həll yolu ola bilməz. ABŞ Ərdoğanı masaya qaytarmaq səylərini artırmalı və itirdiyi vaxtı kompensasiya etməlidir".