Fransa silahları Ermənistana Gürcüstan ərazisində ötrülür
“Ermənistana Gürcüstan ərazisindən göndərilən texnikalar qarşı tərəfə ağır zərbə endirəcək texnikalar deyil. Bunun üçün düşünmürəm ki, burada hansısa problem yaransın”.
Bu fikirləri hərbi-siyasi ekspert Vaxtanq Maysaya deyib. “Gürcüstan NATO-ya üzv olmağa çalışdığı üçün Fransa ilə əlaqələri mövcuddur. Ermənistanla da qonşuluq əlaqələri var. Gürcüstanın öz ərazisindən istifadə etdirərək Ermənistana texnikanın keçidinə icazə verməsi beynəlxalq hüquqlar çərçivəsindədir. Burada heç bir qanun pozuntusundan söhbət gedə bilməz” - deyə, o bildirib.
Məlumat üçün bildirək ki, Fransanın Ermənistana göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən Gürcüstan-Ermənistan sərhədinə doğru hərəkət etdiyi barədə video və foto görüntülər yayılıb.
P.S. Qeyd edək ki, Gürcüstanın dövlət büdcəsinin gəlirlərinin 42%-i ölkə üzərindən keçən, Azərbaycana məxsus neft və qaz kəmərləri, eləcə də dəmir yolu xətti hesabına formalaşır. BTQ dəmir yolunun Gürcüstan hissəsinin tikintisini aparmaq üçün rəsmi Tiflusə verilən sıfır faizli kredit isə hələ tam olaraq geri qaytarılmayıb.