İraq Prezidenti “erməni soyqırımı” abidəsini ziyarət etdi
İraq Prezidenti Əbdül Lətif Rəşidin bu gün Ermənistana səfəri başlayıb.
О, İrəvanda “erməni soyqırımı” abidəsinin önünə əklil, “Əbədi məşəl” önünə gül dəstələri qoyub.
Yerli mətbuatın yazdığına görə, bu gün o, Prezident Vaaqn Xaçatryan, Baş nazir Nikol Paşinyan və Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşlər keçirəcək.
Xatırladaq ki, noyabrın 20-də İraq Prezidenti Azərbayanda rəsmi səfərdə olub. O, Azərbaycan hökumətindən İraqa investisiya qoymağı təvəqqə etmişdi.