Hindistan Ermənistana “Akaş” zenit-raket komplekslərini satıb
Hindistan Ermənistana “Akaş” zenit-raket komplekslərini (SAM) satıb. Müvafiq sənədi Hindistanın "EurAsianTimes" nəşri dərc edib.
Nə Yerevan, nə də Nyu-Dehli hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı danışıqlar faktını təsdiq etməsələr də, bu barədə daha əvvəl mətbuatda məlumat yayılıb.
“Akaş” hava hücumlarından qorunmaq üçün nəzərdə tutulmuş qısa mənzilli hava hücumundan müdafiə sistemidir. 4-25 km radiusda helikopterləri, qırıcıları və dronları effektiv şəkildə vura bilir. Hindistan şirkəti "Bharat Dynamics Limited" (BDL) tərəfindən istehsal edilmişdir.
Məlumata görə, quraşdırılmış elektron əks-tədbir funksiyalarına malik olan və qrup və ya avtonom rejimdə eyni vaxtda bir neçə hədəfi vura bilən kompleks mobil platformalarda yerləşdirilib.
Nəşr qeyd edir ki, Ermənistan Azərbaycanın pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün “Akaş” hava hücumundan müdafiə sistemi alır. İddia olunur ki, İrəvan eyni zamanda Hindistanın kamikadze pilotsuz uçan aparatlarına, hava-yer və yer-yer raketlərinə, eləcə də İsrail və Hindistanın birgə texnoloji inkişafı, "BrahMos" qanadlı raketlərinə də yerdən-havaya maraq göstərir.