Rusiya-Ukrayna müharlbəsi 5 il davam edəcək?
İddiaya görə, Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən görüşdə Çin lideri Si Cinpininə Rusiya Federasiyasının Ukraynaya qarşı ən azı 5 il mübarizə aparacağını bildirib. Bu barədə Çin mətbuatı məlumat yayıb. Ekspertlərin fikirincə, bundan öncə atəşkəslə bağlı Putinin mesajları və Rusiya Federasiyasının danışıqlara hazır olma siqnalları heç də ciddi qəbul edilməməlidir.
Bildirilir ki, Putin sadəcə olaraq, martda keçiriləcək prezident seçkiləri ərəfəsində atəşkəs və ya sülhə doğru getdiyi illüziyası yaratmaq istəyə bilər, belə bir atmosferin seçkilərdə onun xeyrinə işləyəcəyinə inanır.