ABŞ-da ilk dəfə olaraq edam cəzası azotqaı ilə həyata keçriləcək. Azot qazı ilə edam ediləcək ilk məhbus 58 yaşlı Kennet Smit olacaq. O, 1988-ci ildə sifarişli qətl törətməkdə təqsirli bilinib. Edamın 2024-cü il yanvarın 25-də Alabama Ştat Penitensiarında həyata keçirilməsi planlaşdırılır. Məhkumun üzünə qaz balonuna qoşulmuş maska taxılacaq. BMT-nin dörd xüsusi məruzəçisi bəyanatda bu növ edamın beynəlxalq konvensiyaya zidd olduğunu bildirib. Ekspertlər vurğulayıb ki, ABŞ hakimiyyətini azot qazından istifadə etməklə məhbusa qarşı qəddar, qeyri-insani və ya ləyaqətini alçaldan addım atır. Qeyd edək ki, bu edam növü ilə məhbusa yalnız azotla nəfəs almağa icazə verilir, onu oksigendən məhrum edir. Hazırda ABŞ-ın üç ştatında bu cəza üsuluna icazə verilir, lakin praktiki olaraq heç vaxt istifadə olunmayıb.