"Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanla Naxçıvan arasında quru kommunikasiyalarını təmin etməyə hazırdır".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. "Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır".
Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün olmasını istəməyən qüvvələr var: "Bəzi xarici və daxili qüvvələr Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasını istəmir. Təəssüf ki, istər Ermənistanda, istər Azərbaycanda, istərsə də bizim ölkələrimizdən kənarda sülhdə maraqlı olmayan qüvvələr var və olacaq”, - deyə baş nazir qeyd edib.