Yeni qanun pensiya məbləğini qəpik-quruş çevirdi

Azərbaycanda pensiya islahatı başa çatdımı?!

Dünyada əsasən pensiya təminatının iki prinsipi var: 1) iş qabiliyyəti olanlar işləyir, ödədikləri sığorta ilə pensiyaçıları saxlayır; 2) fərdi yığım vasitəsi ilə hər bir əməkçi iş qabiliyyəti dönəmində özünə layiqli pensiya təminatı qazanır. Dünya təcrübəsində hər iki prinsiplə işləyən sistemlərdə uğurlar var. Amma ikinci prinsiplə normal çalışa bilən sistemlər ahıl vətəndaşlar üçün daha layiqli pensiya təminatı yaradır. Əksər Avropa ölkələrində məhz pensiya sistemi bu prinsiplə işləyir. İkinci prinsiplə işləyən pensiya təminatı sistemi qurmaq üçün ölkə iqtisadiyyatının bir sıra alətləri bazar iqtisadiyyatınin qanunlarına uyğun çalışmalıdır. Məsələn, "kölgə iqtisadiyyatı"nın səviyyəsi 10 faizin altında olmalıdır. Buna uyğun olaraq ölkə əməkçikərini əmək haqqı həm leqal, həm də yüksək olmalıdır. Bunun üçün isə iqtisadiyyatda bazar iqtisadiyyatı prinsipləri otrusmalı azad və rəqabətli mühit formalaşmalıdır..

01 iyun 2006-cı il tarixdə indi rüşvətxorluqda və korrupsiyada ittiham edilən Səlim Müslümovun rəhbərliyi altında pensiya islahatlarına başlanıldı. Məqsəd fərdi üçot vasitəsi ilə pensiya kapitalı ýığımı formalaşdırmaq - "gənclər işləyib, ahılların saxlayır" prinsipindən "hərənin özü üçün layiqli pensiya təminatı yaratması" prinsipinə keçid etmək idi. Bu məqsədlə iki il ərzində hər bir rəsmi işçi üçün fərdi uçot yaradıldı ki, sığortaçının yığılan pensiya kapitalı həmin hesablara oturdulsun. Yadınızda varsa hər bir işləyən vətəndaşa sosial sığorta karti da açıldı. Belə qərara gəlindi ki, keçid dövründə hibrid sistem yaradılsın. Əməkçilərın ödədiyi sosial sığortanın yarısı hazırkı pensiyaçıların pensiyasının maliyyələşdirilməsinə, yarısı isə fərdi uçota yığılırdı. Guya gələcəkdə indiki pensiyaların maliyyələşdirilməsinə yönəldilən 50%-lik sosial şigirtanın əvəzinə dövlət büdcəsindən indeksasiya edilmiş məbləğ sığortaçının pensiyasına əlavə ediləcəkdi. Bir müddətdən sonra isə nəzərdə tutulmuşdu ki, əməkçilərın əmək haqqına görə ödənilən sosial sığorta tam həcmdə fərdi ücotda yığılan pensiya kapitalına yönəldilsin.
İslahat proqramında nəzərdə tutulmuşdu ki, fərdi uçot hesablarına yığılan kapital həm hər il inflyasiya səviyyəsi qədər indeksasiya edilsin, həm də yığılan vəsait ən səmərəli şərtlərlə kommersiya banklarında depozitə qoyulsun və ya ipotekaya yönəldilsin. Belə olan halda pensiya kapitalı indeksasiya edilməkkə hər il real dəyəri bərpa edilməli, həm də depozitdən əldə edilən gəlirlər hesabına artmalı idi. Lakin 11 il ərzində bu iki alətin heç biri işləmədi. Nə də nazirlik 11 il ərzində vətəndaşların fərdi uçot hesabına nə qədər pensiya kapitalı yığıldığı barədə məlumat vermədi.
2010-cu ildə DSMF fərdi ücot hesabına yığılan vəsaitin sığortaçı tərəfindən yoxlanması xidmətinin təqdimatıni keçirdi. Həmin təqdimat mərasimində şəxsən bu sətirlərin sahibi öz fərdi ücotunun sığorta hesabına təqdim edilən qaydada daxil oldu. Hesab boş idi. Həmin vaxt dedilər ki, bir ay müddətində vəsait hesablara oturacaq və siz öz pensiya kapitalınızın həcmini öyrənə biləcəksiniz. Lakin çözugedən hesablara bir ildən sonra belə bir qəpik də olsun vəsait oturdulmadı. Məsələ ilə bağlı nazirliyə müraciət edəndə isə hər dəfə bir nağıl danışdılar. Axır ki, həmin hesablara heç vaxt vəsait oturdulmadı. Amma o hesabların açılmasına və sığorta kartlarının hazırlanmasına milyardlarla büdcə vəsaiti xərcləndi.
Bundan əlavə, nəzərdə tutulurdu ki, DSMF ilə yanaşı özəl pensiya fondları da yaradılsın. Bu əsasən pensiya təminatı sahəsində rəqabət mühitinin yaradılması üçün olduqca önəmli məsələ idi.
İslahat proqramında o da nəzərdə tutulmuşdu ki, sığortaçı pensiyaya çıxmadan dünyasını dəyişsə, onun pensiya kapitalı dərhal mərhumun vadisinə, vətəndaşlıqdan çıxdıqda isə şəxsin özünə tam həcmdə ödənilməsi təmin olunmalı idi. Lakin islahatın davam etdiyi 11 il ərzində bunların heç biri baş vermədi. Bu dövr ərzində əmək pensiyası hüququ qazanan vətəndaşlarımıza təyin edilən əmək.pensiyası iki hissədən ibarət olurdu. Əmək pensiyasının baza hissəsi sabit məbləğ olaraq dövlət büdcəsindən ödənilirdi. 2006-cı ilə qədər qeydə alınan hər bir il staj üçün isə 1.92 manat vəsait vətəndaşın pensiyasına əlavə edilirdi. Həmin məbləğ sosial şigorta ödənişlərinin 50%-i hesabına maliyyələşdirilir.
01 iyul 2017-ci il tarixdə yenidən qəbul edilən pensiya qanununa görə fərdi uçot hesabları ləğv edildi, əməkçilərın əmək haqqına görə ödənilən sığorta tam şəkildə hazırkı pensiyaçıların aldığı məvacibin maliyyələşdirilməsinə yönəldilir. Yəni, geriyə addım atılaraq köhnə sistem tam bərpa olundu.
Fərdi uçot hesabı yeni qanuna görə rəmzi şəkildə saxlanılıb. Həmin hesaba vətəndaş öz arzusu ilə vəsait köçürüb, özünə layiqli pensiya təminatı yaratmaq məqsədilə fərdi uçot hesabına pensiya kapitalı yerləşdirə bilər. Lakin indiyə qədər heç bir ölkə vətəndaşı həmin hesablara pensiya kapitalı yerləşdirməyib.
2017-ci ildə ölkə vətəndaşlarının diqqətini yaş həddinin 65 qaldırılmasına cəlb edilməsinin əsas məqsədi, 2006-ci ildə başladılan islahata uğursuzcasına son qoyulmasını diqqətdən yayındırmaq idi. Həmin vaxt hökumət məqsədinə tam nail oldu. Hamının başı yaş həddinin artırılmasına qarışdı, əvəzində duyan olmadı ki, bu qanunla illərlə milyardlarla manat büdcə vəsaiti xərclənilən pensiya islahatına son qoyularaq, köhnə sistem tam şəkildə bərpa edildi.
O ki qaldı 11 il ərzində əmək haqqına görə ödənilən pensiya kapitalınìn sonrakı taleyinə, bu barədə DSMF əməkdaşları danışmaq belə istəmir. Çünki həmin vəsait ortada yoxdur, Səlim Müslümov tərəfindən mənimsənilən əsas vəsait məhz vətəndaşların şəxsi hesablarına 11 il ərzində yığılmış pensiya kapitalıdır. Bu vəsaitin həcmi milyardlarla ölçülür.
01 iyul 2017-ci il tarixdən qüvvəyə minən pensiya qanunvericiliyinə görə, pensiyaların baza və yığım hissəsi (pensiya kapitalından formalasmalı olan hissə) ləğv edildi. Əvəzində minimum əmək pensiyası müəyyənləşdirildi ki, bu da hazırda 240 manat təşkil edir.
Qanuna əsasən 25 il əmək stajı və ya 34 560 (240x144=34 560) sığorta kapitalı ödəyən, 65 yaşı tamam olmuş vətəndaşlarımıza əmək pensiyası təyin edilməlidir. Əmək pensiyasının məbləği şigorta kapitalının 12 ilə bölünməsi ilə müəyyən edilir ki, bu da pensiya məbləğini qəpik-quruş çevirir.
Yeni qanun qəbul edilənə qədər əmək pensiyası qazanmaq üçün 12,5 il əmək stajı tələb edilirdi, indi bu tələb 25 ildir. Artıq kişilər 65 yaşında pensiyaya çıxır, qadınların pensiya yaş həddi isə hər il 6 ay uzadılmaqla 2027-ci ildə 65 yaşa çatdırılacaq. Hazırda qadınlar 63 yaş yarımda pensiyaya çıxır.
Pensiya məbləğinin müəytənləsdirilməsi zamanı sığorta kapitalının 12 ilə bölünməsi o deməkdir ki, Azərbaycan hökuməti 65 yaşında pensiyaya çıxan vətəndaşına 12 il pensiya ödəməyi planlaşdırır. Bu o halda məntiqli olardı ki, vətəndaşlarımızın orta yaş həddi 77 olsun. Halbuki, BMT-nin Əmək Təşkilatının məlumatına görə Azərbaycan vətəndaşlarının orta ömür uzunluğu 61,5 ilə bərabərdir. Bunu istənilən qəbristanlığa baxış keçirməklə də müəyyənləşdirmək olar. Məhz 01 iyul 2017-ci ildə qüvvəyə minə murtəceh qanun son 5 ildə əmək pensiyaçılarının sayının 20 faiz azalmasına gətirib çıxarıb. Bu tendensiya qarşıdakı illərdə də eyni templə, təxminən hər il 4-5 faiz azalma ilə davam edəcək. Çünki vətəndaşlarımızın əksəriyyəti ya pensiya yaşına çatmadan dünyasını dəyişir, ya da ömrü cəmi bir neçə il pensiya almağa çatır.
Akif Nəsirli