“NATO bir neçə günə 90 minlik qüvvə ilə Belarusu "təmizləyə" bilər” – ŞOK İDDİA
“NATO Rusiya Federasiyasının Kalininqrad vilayəti ətrafında, Baltik dənizi sahillərində genişmiqyaslı təlimlərə başlayır. Polşa, Almaniya və digər dövlətdən ibarət 90 min nəfərlik qüvvələr qrupu istənilən vaxt Putinin qoşunlarını "təmizləmək" və müharibəyə başlamaqla bağlı komanda ala bilər”.
Bunu ukraynalı hərbi ekspert Roman Svitan deyib.
Svitan qeyd edib ki, NATO qoşunlarının bir neçə günə Belarus ərazisinə keçməsi problem deyil.
“İstənilən belə təlimlər döyüş komandası ilə bitə bilər. 90 minlik ordu olduğunu nəzərə alsaq, bu arqument ciddi hesab olunmalıdır. NATO bir neçə günə 90 minlik qüvvə ilə Belarusu "təmizləyə" bilər. Bu ordu istənilən hücumu həyata keçirə bilər. Bu cür təlimlərin nəticələri də ciddi olacaq. Biz artıq Lukaşenkonun necə titrəməyə başladığını eşidirik”, - deyə hərbi ekspert bildirib.