UKRAYNALI DEPUTAT AŞPA-dakı ÇİRKİN OYUNU İFŞA ETDİ - AŞPA-da Azərbaycanın lehinə və əleyhinə kimlər səs verib?
Qətnaməni hazırlayanlara bütöv, güclü qeyri-xristian Azərbaycan yox, əraziləri erməni işğalı altında olan zəif Azərbaycan lazım idi!
Bakı dəfələrlə onunla şantaj və təhdid dilində danışılmasını qəbul etmədiyini nümayiş etdirib, yenə belə olacaq!
Xəbər verildiyi kimi, Avropa Şurası Parlament Assambleyasının(AŞPA) yanvarın 24-də keçirilən axşam iclasında deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair 15898 saylı qətnaməsini təsdiqləyiblər. 76 deputat bu qərəzli qərarın “lehinə”, 10 deputat “əleyhinə” səs verib, 4 nəfər “bitərəf” qalıb.
Qeyd edək ki, ümumilikdə bu qurumda 46 üzv ölkə və 306 deputat var. Ancaq göründüyü kimi, səsvermədə 306 nəfərdən cəmi 90 nəfər iştirak edib. Bu, ümumi sayın heç 30 faizi də deyil. Lakin bu qurumda səsvermə zamanı adi səs çoxluğu kifayət etdiyindən, sözügedən qərarın qəbuluna 306 nəfərdən cəmi 76-sının səs verməsi kifayət edib.
Məlum olduğu kimi, zatən Fransa və digər ona tay ölkələrin təşəbbüsü olan bu qərəzli və ermənipərəst qərarın müzakirəyə çıxarılmasından öncə Azərbaycan tərəfi Azərbaycan nümayəndə heyətinin timsalında təşkilatı tərk edib. AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında azərbaycanlı nümayəndə heyəti AŞPA-da qarşılıqlı fəaliyyətini və mövcudluğunu dayandırmaq qərarına gəlib.
Ancaq yenə də səsvermə və müzakirələr zamanı quruma üzv ölkələrin ayrı-ayrılıqda mövqeyi və fikirləri bizim üçün maraq kəsb edir. Həmin müzakirələrə nəzər yetirdikdə isə məlum olur ki, Azərbaycanımn haqlı mövqeyini yalnız Türkiyə və Ukrayna nümayəndə heyətləri müdafiə ediblər və bu qərəzli qərarın ələyhinə səs veriblər.
Ukrayna tərəfi etiraz əlaməti olaraq səsvermədə iştirakdan imtina edib. Qərarın əleyhinə səs verənlərin 9-u Türkiyədən, biri isə Albaniyadan olan deputatdır. Bitərəf qalanların ikisi İsveçrədən, biri Norveçdən, biri isə Bosniya və Hersoqovinadandır. Türkiyənin kürdləri təmsil edən Xalqların Demokratik Partiyasından (HDP) olan deputatı da Azərbaycana qarşı mövqe tutub.Azərbaycanın əleyhinə səs verən dövlətlər arasında Ermənistan, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Belçika, Finlandiya, İsveç, Britaniya, Andorra, Avstriya, Xorvatiya, Danimarka, İslandiya, İrlandiya, Litva, Lüksemburq, Malta, Monako, Moldova, San Marino və Azərbaycana az qala “qardaş” deyən Serbiya da olun.
Bu qurum tərkibində Azərbaycana qarşı çox sərt davranılır. Bunun səbəbi nədir? Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. O vaxtdan Azərbaycanda vəziyyət heç də pisləşməyib. Dəyişən yalnız Azərbaycanın qanuni sərhədlərini bərpa etməsi olub".
Bunu AŞPA-dakı Ukrayna nümayəndə heyətinin üzvü, deputat Aleksey Qonçarenko müzakirələr zamanı çıxış edərkən deyib. Onun “Dəyişən yalnız Azərbaycanın qanuni sərhədlərini bərpa etməsi olub" fikri bu qətnaməni hazırlayanların çirkin məqsədlərinin əsl ifşasıdır. Bəli, xeyli sayda digər problemlər və həlli yubanmış məsələlər var. Ancaq digər səbəblərin sadalanmasına baxmayaraq, əsas səbəb məhz Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsidir. Çünki bu qətnaməni hazırlayanlara bütöv, güclü, öz iradəsi ilə suverenliyini bərpa etmiş qeyri-xristian Azərbaycan yox, əraziləri erməni işğalı altında olan və Ermənistana ərazi güzəştlərinə sövq edilən zəif Azərbaycan lazım idi. Həmin, yəni, onların görmək istədikləri Azərbaycan isə artıq yoxdur və heç zaman da olmayacaq...
Səsvermənin nəticələrinə gəlincə, məyusedici haldır ki, Azrbaycanın bir sıra Avropa ölkələri ilə yaxın, sıx əməkldaşlığa malik olmasına baxmauyaraq, yalnız qardaş Türkiyə və Azərbaycanla eyni taleyi yaşamış, əraziləri işğala məruz qalmış Ukrayna ölkəmizin haqlı mövqeyini müdafiə ediblər. Təəssüf ki, hətta yaxın qonşumuz Gürcüstan belə bu sırada yoxdur. Bu da qonşu ölkənin nə dərəcədə Fransa kimi dövlətlərin təsiri altında olduğunun göstəricisi sayıla bilər...
Qeyd edək ki, sonda qətnamə müəllifləri vurğulayıblar ki, Azərbaycan AŞPA-dan qovulmur, sadəcə olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir və bu istiqamətdə konkret addımlar atmağa çağırılır. Ancaq Azərbaycan son illərdə dəfələrlə onunla şantaj və təhdid dilində danışılmasını qəbul etmədiyini nümayiş etdirib. İndidən sonra da belə olacaq.
Ölkəmizin bu təşkilatda iştirakdan müvəqqəti uzaqlaşması bütünlükdə Azərbaycan cəmiyyətinin demokratik dəyərlərdən, sivil dünyaya inteqrasiyadan imtinası anlamına gəlməməlidir. Ancaq AŞPA kimi qurumlar Fransa kimi ermənipərəst və Azərbaycana qarşı qərəzli mövqe tutmuş digər dövlətlərin təsiri altında qaldıqca, Azərbaycan da öz iradsəsini göstərmək, öz ərazi bütövlüyü və suverenliyini heç kimin qarşısında güzəştə getməyəcəyini nümayiş etdirmək məcburiyyətində olacaq...
C.Məmmədov