Türkiyədə azərbaycanlılar arasında dava - ölən var

İstanbulda azərbaycanlılar arasında atışma olub.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, gecə saatlarında naməlum şəxslər Azərbaycan əsilli Ceyhun Əkbərova atəş açıblar. Ağır xəsarətlər alan C.Əkbərov hadisə yerində həyatını itirib. Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər əslən azərbaycanlı olan Rsuiya vətəndaşları hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Onların üzərindən 2 ədəd tapança aşkar edilib. Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı istintaq başladıblar.