Avropa acından ölür, ya Azərbaycan?!
Belçikada İspaniya istehsalı olan keyfiyyətli zeytun yağının bir litrini 7 avroya, yəni, 12 manata almışam. Azərbaycanda İspaniya istehsalı olan babat zeytun yağının litri 26-28 manatdır.
Belçikada Türkiyənin Pınar markalı kaşar pendirini (400 qr) 3 avroya, yəni, 5 manata almışam, Azərbaycanda 10-11 manatdır.
Belçikada qabyuyan maşın üçün "Finish" tabletlərinin 45 ədədini 6 avroya, yəni 10 manata almışam, Bakıda həmin tabletlərin yarısı- 25 ədədi 29 manatdır.
Belçikada orta aylıq əməkhaqqı 2022-ci ildə 3700 avro, yəni, 6400 manat təşkil edib, işsizlik 5,5 faizdir.
Azərbaycanda işləyən əhalinin yarısı 410 manatdan, yəni, 237 avrodan az əmək haqqı alır, işsizlik 70 faizdir.
Bu rəqəmlərdən görünür ki, Azərbaycan vətəndaşı yaşamır, sürünür, dilənir, çürüyür, yanıb kül olur, amma yaşamır.
Gültəkin Hacıbəyli